Bütün ermənilərin katolikosu II Qaregin Azərbaycana gəlir
06 yanvar 2010 13:00 (UTC +04:00)

Bütün ermənilərin katolikosu II Qaregin Azərbaycana gəlir

Bu ilin aprelində Bakıda Dünya dini liderlərinin sammiti keçiriləcək. APA-nın məlumatına görə, bu təşəbbüslə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə MDB Dinlərarası Şurasının həmsədri kimi çıxış edib.


Bakıda keçiriləcək zirvə görüşü Rus Provaslav Kilsəsi ilə birgə təşkil ediləcək. İki gün davam etməsi gözlənilən tədbirə müsəlman, xristian, yəhudi və digər ənənəvi dinlərin liderləri dəvət olunacaq. Sammitə bütün ermənilərin katolikosu II Qareginin də dəvət ediləcəyi və onun tədbirdə iştirakı gözlənilir.


QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında bu qəbildən ilk tədbirin 2006-cı ildə Moskvada keçirildiyini bildirib: “Həmin vaxt bu tədbirdə dünyanın 49 ölkəsinin 200-dək dini lideri iştirak etmişdi. Bakı sammitində bu coğrafiyanın daha da genişlənəcəyi istisna olunmur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791

Oxşar yazılar