Milli Məclis Həmrəylik Günü münasibətilə müraciət qəbul etdi
29 dekabr 2009 16:30 (UTC +04:00)

Milli Məclis Həmrəylik Günü münasibətilə müraciət qəbul etdi

Parlamentin 2009-cu ildə sonuncu iclası başa çatdı


Bu gün parlamentdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Məclisin müraciəti müzakirə olunub.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, müraciətin mətnini millət vəkili Jalə Əliyeva oxuyub.

Müraciət səsə qoyularaq qəbul olunub.

Spiker Oqtay Əsədov seçiciləri və millət vəkillərini həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də yeni il münasibətiylə təbrik edib. Oqtay Əsədov bununla da Milli Məclisin payız sessiyasını bağlı elan edib.

Sonda Azərbaycan Respublikasının dövlət himni oxunub.


Pərvin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar