Parlamentdə bələdiyyələrlə bağlı mühüm qanun
Bu gün Milli Məclisin 2009-cu ildə sonuncu iclası keçirilir.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, ilkin olaraq, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. O deyib ki, qanun layihəsində bələdiyyələrin dövlət reyestrinin aparılması, onlara Milli Məclis tərəfindən şəhadətnamələrin verilməsi, bələdiyyələrin mülkiyyətlərinə daxil olan ərazilərin, kommunikasiya xətlərinin, o cümlədən dəmiryol stansiyalarının xəritələrinin hazırlanması, bələdiyyələr haqqında məlumat bazasının yaradılması nəzərdə tutulub.
Spiker Oqtay Əsədov məsələ ilə bağlı ötən iclasda səs hüququ alınmış millət vəkili Pənah Hüseynə də söz verib: “Pənah Hüseyn keçən iclasda bu məsələ barədə danışa bilməmişdi. İndi buyursun”.
Pənah Hüseyn qanun layihəsi ilə bağlı fikirlərini açıqlayıb. Qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.
Pərvin

653