Elxan Nuriyev: “Türkiyə cəmiyyəti parçalanıb”
“Hazırda Türkiyədə baş verənlər açıq-aşkar Türkiyə cəmiyyətinin parçalandığını göstərir. Türkiyənin siyasi isteblişmenti ciddi böhran keçirir”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev deyib. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Azərbaycan-Türkiyə münasibətlərinə təsiri barədə sualı cavablandıran E. Nuriyev bunun Türkiyə rəhbərliyinin gələcək addımlarından asılı olacağını söyləyib: “Şəxsən mən baş nazir Ərdoğan və xarici işlər naziri Davudoğlunun bəyanatlarını nəzərə alaraq nikbin mövqedəyəm. Türkiyə iki od arasındadır və bu, müəyyən mənada onun öz fəaliyyətini koordinasiya etməsinə və hansı istiqamətdə irəliləyəcəyini müəyyənləşdirməsinə mane olur. Türkiyə Azərbaycanın bugünkü geosiyasətini qəbul edir. Hesab edirəm ki, Türkiyənin də öz yolunu müəyyənləşdirməsi üçün vaxt lazımdır. Gələn ilin aprelində vəziyyətin aydınlaşacağını düşünürəm”.

603