Gənclər Avropa Parlamentinə etiraz edir
28 dekabr 2009 10:30 (UTC +04:00)

Gənclər Avropa Parlamentinə etiraz edir

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb.

Birlikdən Lent.az-a verilən məlumata görə, bəyanatda qeyd olunur ki, “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Avropa Parlamentinin 17 dekabr tarixdə “Azərbaycanda ifadə azadlığı haqqında” qətnamə qəbul etməsini pisləyir, bu, Avropa ilə Azərbaycan arasında inkişaf etməkdə olan münasibətlərə ciddi şəkildə mane ola bilər.

Bəyanatda Avropa Birliyinin bu günə qədər Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası ilə bağlı mövqe ortaya qoymaması tənqid olunur: “Bu günə kimi nə Avropa Şurası, nə Avropa Birliyi bu insanların hüquqlarının qorunması ilə bağlı təcavüzkar ölkə qarşısında Azərbaycanın ərazi bütövlüyünün nə zaman bərpa olunması ilə əlaqədar heç bir konkret öhdəlik qoymamışdır. Bu öhdəliyin işğalçı Ermənistan qarşısında qaldırılmaması isə istər-istəməz Avropa Şurası, Avropa İttifaqı kimi mötəbər qurumların obyektivliyini, proseslərə demokratik yanaşmasını şübhə altına alır”.

Birlik hesab edir ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə layihəsi Azərbaycana qarşı göstərilən təzyiq və növbəti qərəzli addımdır: “Bu cür siyasi qərarlar Azərbaycan və Avropa Parlamenti arasında olan yaxın diplomatik əlaqələrə və bir sıra mühüm sahələrdəki əməkdaşlığa xələl gətirə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511

Oxşar yazılar