Ombudsman Aparatının əməkdaşları Bakı istintaq təcridxanasına baxış keçiriblər
25 dekabr 2009 18:00 (UTC +04:00)

Ombudsman Aparatının əməkdaşları Bakı istintaq təcridxanasına baxış keçiriblər

İnsan Hüquqları üzrə Müvəkkil Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, həmçinin Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30 və 31 saylı polis bölmələrinin saxlama yerlərinə baxış keçiriblər. Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Məlumatlar toplanıb, istintaq təcridxanasında saxlanılan bir sıra şəxslərlə görüş keçirilib, onlara hüquqları, Ombudsman haqqında qanunun müddəaları və Müvəkkilin səlahiyyətləri izah edilib, saxlanma şəraiti, müəssisə əməkdaşlarının onlarla rəftarı araşdırılıb.

Həmin şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyib, bəziləri barələrində çıxarılan məhkəmə qərarlarından və istintaqın aparılmasından narazılıq bildiriblər.

Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tövsiyələr verilib.

Ombudsman bəzi təqsirləndirilən şəxslərin istintaqla bağlı narazılığı ilə əlaqədar aidiyyatı qurumlara müraciət edib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar