Milli Məclis bu gün toplanır
25 dekabr 2009 17:00 (UTC +04:00)

Milli Məclis bu gün toplanır

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. Bu barədə Lent.az-a parlamentin mətbuat xidmətindən bildirilib. İclasda 7 məsələ, o cümlədən “Bələdiyyələrin dövlət reysestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında əsasnamə” layihəsi, “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihəsi (üçüncu oxunuş), “Pambıqçılıq haqqında” qanun layihəsi və digər layihələr müzakirəyə çıxarılacaq.

İclasda İnsanın İmmun Çatışmazlığı Virusunun (AİDS) törətdiyi xəstəliklərin yayılmasının qarşısının alınması ilə bağlı müvafiq qanun layihəsi də müzakirə ediləcək. Həmçinin, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Məclisin müraciətinin təsdiqlənməsi gözlənilir.

Parlamentin 2009-cü il üçün sonuncu iclası dekabrın 29-da keçiriləcək.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379

Oxşar yazılar