MTN-in alpinistləri “İlham zirvəsi”nə yürüş ediblər
25 dekabr 2009 16:15 (UTC +04:00)

MTN-in alpinistləri “İlham zirvəsi”nə yürüş ediblər

Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı bu ilin 21-24 dekabr tarixlərində dövlət başçısı İlham Əliyevin doğum günü münasibətilə Böyük Qafqaz silsiləsinin Şahdağ massivində yerləşən və hündürlüyü 4042 metr olan “İlham Zirvəsi”nə alpinist yürüşü edib.

Bu barədə Lent.az-a MTN ictimai əlaqələr mərkəzindən bildirilib. Alpinist qrupu dekabrın 24-də saat 13:00-da dövlət başçısının adını daşıyan zirvəyə çatıb.

Tədbir iştirakçıları qeyd olunan zirvəyə Quba rayonunun Xınalıq kəndindən istiqamət götürüblər. MTN-in alpinist qrupu “İlham Zirvəsi”nə Azərbaycanın dövlət bayrağını sancıb. Yürüşdə nazirliyin əməkdaşları ilə yanaşı, Dağ İdman Klubunun alpinistləri də iştirak ediblər.
Artıq ənənə halını almış bu tədbirlərdə məqsəd Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin milli maraqlar naminə yürütdüyü müdrik daxili və xarici siyasət xəttinə, Azərbaycanı zirvələrə və zəfərlərə aparan müstəqillik və dövlətçilik kursuna sadiqlik və dəstək nümayiş etdirməkdir. Belə tədbirlər eyni zamanda ölkədə idmana, onun ekstremal növlərinə və gəncliyə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.
Aksiya Dövlət Sərhəd Xidməti, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Dağ İdman Klubunun dəstəyi ilə həyata keçirilib. Yürüş ekstremal hava şəraitində baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1004

Oxşar yazılar