“Şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində”
24 dekabr 2009 19:00 (UTC +04:00)

“Şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində”

Mətbuat Şurası bu mövzuda təlim kursu keçirib


Bu gün Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Jurnalist peşəkarlığının artırılması: tədris proqramının hazırlanması və kursların təşkili” layihəsi çərçivəsində növbəti təlim kursunu keçirib.

Lent.az-ın verdiyi məlumata görə, “Şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində” mövzusunda təlim kursunda məşğələni hüquqşünas Əfqan Məmmədov aparıb.

Əfqan Məmmədov media təmsilçilərinə insanı ləkələyən məlumatların yayılması, jurnalistin ona verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamaq vəzifəsi, təkzib düzəliş və cavab vermək hüququ, məhkəmələrdə KİV-ə qarşı şərəf və ləyaqətin müdafiəsinə dair iddiaların xüsusiyyətləri, KİV-də təhqir və böhtan, təqsirsizlik prezumpsiyası və jurnalist etikası məsələlərinə dair məlumat verib, sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar