Zəlimxan Məmmədli Gürcüstanın reinteqrasiya nazirinin müavini ilə görüşüb
24 dekabr 2009 18:40 (UTC +04:00)

Zəlimxan Məmmədli Gürcüstanın reinteqrasiya nazirinin müavini ilə görüşüb

Səfər çərçivəsində keçirilən görüşlərdə Borçalı türklərinin problemləri müzakirə olunub

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanda səfərdə olub.

“Borçalı” Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, Gürcüstanın reinteqrasiya nazirinin müavini Elena Tevdoradze Zəlimxan Məmmədlini qəbul edib.

Görüşdə iki ölkə arasında qarşılıqlı inteqrasiya, o cümlədən Borçalı türklərinin Gürcüstan cəmiyyətinə inteqrasiyası və Borçalı türklərinin problemləri müzakirə olunub. Nazirliklə “Borçalı” Cəmiyyətinin əməkdaşlığı məsələsi də gündəmə gəlib.

Səfər çərçivəsində Borçalıda Kosalı kənd orta məktəbində pedaqoji kollektivlə də görüş keçirilib. 100-ə yaxın müəllimin iştirak etdiyi görüşdə “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, “Borçalı” Cəmiyyəti İdarə Heyətinin üzvü Elxan Məmmədli və görkəmli aşığımız Aşıq Aslan iştirak ediblər. Zəlimxan Məmmədli bildirib ki, “Borçalı” Cəmiyyətinin məramı Borçalı türklərinin Gürcüstan cəmiyyətinə inteqrasiyası və Borçalı türklərinin problemlərinə yardımçı olmaqdan ibarətdir.

Aşıq Aslanın “Aşıq Aslanın Ozan dünyası” kitabını müəllim kollektivinə nümayiş etdirilib və məktəbə “Borçalı” Cəmiyyəti adından xatirə hədiyyələri verilib. “Borçalı” Cəmiyyətinin şagirdlər, müəllimlər və məktəblər arasına təhsilin inkişafına yönəlik sağlam rəqabət mühitinin yaranması üçün müxtəlif nominasiyalar üzrə müsabiqələr keçirəcəyi bildirilib. Bu müsabiqə Borçalını bütün məktəblərində keçiriləcək və qaliblərin müəyyən edilməsi üçün xüsusi qruplar ayrılacaq.

Daha sonra Zəlimxan Məmmədli və Elxan Məmmədli Faxralı kəndində ziyalılarla görüş keçiriblər. Görüşdə son zamanlar kənddə baş verən problemlər, Borçalı türklərinin Gürcüstan cəmiyyətinə inteqrasiyası məsələsi müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar