Ermənistan Türkiyəni hədələdi
24 dekabr 2009 13:05 (UTC +04:00)

Ermənistan Türkiyəni hədələdi

“Ankara özünü dürüst aparmır, axı əvvəlcədən razılaşdırılmışdı ki, Ermənistan-Türkiyə münasibətləri heç bir ilkin şərt irəli sürülmədən bərpa olunacaq”.


APA-nın “Armenia Today”a istinadən yaydığı məlumata görə, bu açıqlamanı jurnalistlərə Ermənistan parlamentinin spikeri Ovik Abramyan verib. Spiker Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun “Türkiyə-Ermənistan protokollarının ratifikasiyası Dağlıq Qarabağ məsələsində irəliləyişdən asılıdır” fikrinə belə münasibət bildirib: “Ermənistan parlamentinin yekun mövqeyi Türkiyənin bu barədə atacağı addımlardan sonra açıqlanacaq. Əgər Ankara ratifikasiya prosesini ləngitsə, İrəvandan da adekvat cavab görəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar