Məzahir Pənahov: “Seçki məntəqələri seçkiyə hazır vəziyyətdədir”
Bu gün Azərbaycanda bələdiyyə seçkisi keçirilir. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İNformasiya Mərkəzində mətbuat konfransı keçirib.
O, bütün seçki məntəqələrinin hazır vəziyyətə gətirildiyini deyib. M.Pənahov seçkiyə start verildiyini, ölkədəki seçki məntəqələrinin saat 08.00-da açıldığını bildirib, Məntəqələr 19.00-da bağlanacaq.
M.Pənahov bütün seçiciləri səsvermədə fəal olmağa çağırıb.
Seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçiləcək. Namizədlərin sayı 31 minə yaxındır. Seçkilər 4813 seçki məntəqəsində keçiriləcək.
Seçki siyahısındakı seçicilərin sayı 4,6 milyona yaxındır.
Seçki günü istənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla prosesin gedişini izləyə bilər. Həmçinin, 500 məntəqədə quraşdırılmış “veb-camera” vasitəsilə seçkinin gedişini dünyanın istənilən yerindən canlı olaraq izləmək mümkündür.
Gün ərzində 5 dəfə (saat 10.00, 12.00, 15.00, 17.00, 19.00) seçkinin gedişilə bağlı məlumatlar açıqlanacaq.
Seçkini izləmək üçün DSK-larda 48 088, MSK-da isə 1 160 müşahidəçi qeydiyyata alınıb.
Seçkini 52 nəfər beynəlxalq müşahidəçi də izləyəcək. Onların arasında Avropa Şurası, Avropa İttifaqı, İFES kimi təşkilatların nümayəndələri də var.
Bu gün ölkə ərazisində Azərbaycan qeyri-iş günüdür. Belə ki, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir. Dekabrın 23-də bütün Azərbaycan ərazisində (işğal altındakı ərazilər istisna olmaqla) bələdiyyə seçkiləri keçirildiyindən, ölkə ərazisində qeyri-iş günü sayılır. Yalnız müəyyən sahədə çalışanlar (asayiş keşikçiləri, sərhədçilər və s.) üçün iş günü olacaq.
Bu, Azərbaycanda sayca üçüncü bələdiyyə seçkisidir.
Lent.az gün ərzində “on-line” rejimdə seçkinin gedişini, seçki məntəqələrindən qaynar xəbərləri və s. xəbərləri oxucuların diqqətinə çatdıracaq.
Pərvin ABBASOV

693