Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb
Üçüncü çağırış Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin səkkizinci sessiyanın çağırılması haqqında NMR Ali Məclisi qərar qəbul edib. Sessiya dekabrın 28-də Naxçıvan şəhərində keçiriləcək.
Lent.az-ın məlumatına görə, sessiyada 2009-cu ildə regionun sosial-iqtisadi inkişafının yekunları, NMR-in 2010-cu il dövlət büdcəsinin təsdiqi, NMR Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsinin təsdiq edilməsi, NMR-in İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) hesabatı, NMR Ali Məclis sədrinin fərmanlarının təsdiqi məsələləri müzakirə ediləcək.
NMR-in Konstitusiyasına, NMR İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) və NMR Vəkillər Kollegiyası haqqında NMR qanunlarına əlavə və dəyişikliklər edilməsi də sessiyanın müzakirəsinə çıxarılacaq.
Fariz YUNİSLİ

538