Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında təmənnasız hərbi yardım haqqında sazişi təsdiqləyib
23 dekabr 2009 18:20 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında təmənnasız hərbi yardım haqqında sazişi təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında təmənnasız hərbi yardım haqqında saziş”in təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sərəncamla 2009-cu il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Saziş” təsdiq edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, bu sərəncamın 1-ci bəndində göstərilən sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu sərəncamın 1-ci bəndində göstərilən sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə Respublikası Hökumətini xəbərdar etsin.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414

Oxşar yazılar