Seçicilərin 8,77%-i səsvermədə iştirak edib
23 dekabr 2009 17:25 (UTC +04:00)

Seçicilərin 8,77%-i səsvermədə iştirak edib

Bu gün Azərbaycanda bələdiyyə seçkisi keçirilir. Lent.az-ın “Seçkilər” İnformasiya Mərkəzində olan müxbirinin verdiyi məlumata görə, saat 10.00-dək 4 588 728 nəfər seçicidən 402 347 nəfəri səs verib. Bu isə seçicilərin 8,77%-i deməkdir.


Ölkədəki məntəqələr saat 08.00-da açılıb. Hazırda seçki prosesi davam edir.

Məntəqələr 19.00-da bağlanacaq.

Seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçiləcək. Namizədlərin sayı 31 minə yaxındır. Seçkilər 4813 seçki məntəqəsində keçiriləcək.

Bu, Azərbaycanda sayca üçüncü bələdiyyə seçkisidir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar