Cankorel: “Müşahidəçilərə yaxşı şərait yaradılıb”
23 dekabr 2009 17:15 (UTC +04:00)

Cankorel: “Müşahidəçilərə yaxşı şərait yaradılıb”

ATƏT-in Bakı ofisinin sədri Ali Bilge Cankorel bu gün Seçki İnformasiya Mərkəzində olub.


Lent.az-ın mərkəzdə olan müxbirinin verdiyi məlumata görə, Bilge Cankorel bildirib ki, ATƏT seçkiləri müşahidə etdir. Bununla belə, seçkiləri müşahidə edən bir sıra QHT-lərdən məlumatlar alır və həmin məlumatları Mərkəzi Seçki Komissiyasına çatdırır. Komissiya isə öz növbəsində bu məlumatları araşdırır.


ATƏT-in Bakı ofisinin sədri onu da deyib ki, səsvermənin indiyə qədərki mərhələsində bülletenlərin topa şəklində səsvermə qutularına atıldığı, bəzi seçicilərin bir neçə dəfə səsvermədə iştirak etdiyi barədə məlumatlar var. Onun sözlərinə görə, seçkiləri izləyən ictimai təşkilatlardan alınan bu məlumatlar da MSK-ya çatdırılıb.


Səfir vurğulayıb ki, əsas məsələ səsvermə başa çatdıqdan sonra səslərin sayılması zamanı şəffaflığa əməl etməkdir: «Səsvermədən sonra səslərin sayılmasında xəta olmaması əsas məsələdir. Mərkəzi Seçki Komissiyası da bunun üçün çalışır».

ATƏT rəsmisi bildirib ki, seçkiləri izləmək üçün müşahidəçilərə yaxşı şərait yaradılıb.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398

Oxşar yazılar