MSK-ya daxil olmuş müraciətlərə baxıldı
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclasda bugünkü bələdiyyə seçkilərilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlər barədə MSK katibi Natiq Məmmədov məlumat verib. Qobustan, Abşeron və digər rayonlardan daxil olan müraciətlərin heç biri təmin edilməyib. Onlardan bəziləri isə anlaşılmaz olduğundan baxılmamış saxlanılıb.
Müraciətlərin təmin edilməməsi barədə qərarın əleyhinə bir nəfər – MSK üzvü Akif Qurbanov səs verib. MSK-nın digər üzvü Almaz Qəhrəmanlı isə bütün qərarlarla bağlı səsvermədə iştirak edərkən bitərəf olub.
Cari məsələlərə baxılarkən MSK üzvü Akif Qurbanov bir sıra seçki məntəqələrində baş verən neqativ hallarla bağlı ona edilmiş müraciətləri komissiya üzvlərinin nəzərinə çatdırıb.
MSK sədri Məzahir Pənahov bəzi müraciətlərlə bağlı A.Qurbvnova gedib məsələni yerində araşdırmağı təklif edib: “Əgər istəyirsinizsə, komissiya üzvlərindən birilə gedib məsələni araşdırın. Lap avtomobil də təşkil edərik”.
Lakin A.Qurbanov bu təklifi müsbət cavablandırmayıb.
Pərvin ABBASOV

386