Naxçıvanda seçicilərin 41. 2%-i səsvermədə iştirak edib
23 dekabr 2009 14:05 (UTC +04:00)

Naxçıvanda seçicilərin 41. 2%-i səsvermədə iştirak edib

Bu gün Naxçıvan Muxtar Respublikasında (NMR) keçirilən bələdiyyə seçkilərində seçicilərin 41.2 faizi səs verib. NMR Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Ramil Sadiqovun Lent.az-a verdiyi məlumata görə, 251 min 845 nəfər seçicinin 103 min 760 nəfəri səsvermə hüququndan istifadə edib ki, bu da seçicilərin 41.2 faizini təşkil edir.

Ən çox seçici fəallığı muxtar respublika üzrə 1 saylı Şərur-Sədərək seçki dairəsində qeydə alınıb - 42.2 %. Ən az seçici fəallığı isə 5 saylı Şahbuz-Babək Seçki Dairəsində olub - 40.4%

Muxtar respublikada fəaliyyət göstərən məntəqə və dairə seçki komissiyalarında 25 veb-kamera quraşdırılıb. 566 nəfər müşahidəçi prosesi izləyib.

R. Sadiqov qanun pozuntusunun qeydə alınmadığını deyib. Naxçıvan MR MSK-ya şikayət ərizəsi daxil olmayıb.

Muxtar respublikada 171 bələdiyyəyə 1437 nəfər bələdiyyə üzvü seçiləcək. Bölgədə fəaliyyət göstərən 7 seçki dairəsi üzrə 292 mülki məntəqə, hərbçilərin səs vermələri üçün 24 qapalı məntəqə təşkil olunub.

Fariz YUNİSLİ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar