Gəncədə bələdiyyə seçkilərini 1531 müşahidəçi izləyir
23 dekabr 2009 12:05 (UTC +04:00)

Gəncədə bələdiyyə seçkilərini 1531 müşahidəçi izləyir

Gəncədə bələdiyyə seçkilərini 1531 müşahidəçi izləyir. Lent.az-ın Gəncəbasar müxbirinin DSK sədrlərindən aldığı məlumata görə, 24 məntəqəsi olan 37 saylı DSK üzrə 31498 seçici qeydiyyata alınıb. Burada seçki prosesini 404 müşahidəçi izləyir. 32273 seçici qeydiyyata alındığı, 25 məntəqədən ibarət 38 saylı DSK üzrə 322 müşahidəçi var.

39 saylı Dairə Seçki Komissiyasında 3-ü hərbi hissələrdə olan 31 məntəqə üzrə 38855 seçici siyahıya alınıb. Burada isə seçkini 386 müşahidəçi izləyir. 28 məntəqəsi olan 40 saylı DSK üzrə isə 44373 seçici qeydiyyatdadır. Burada müşahidəçilərin sayı 419-dur.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437

Oxşar yazılar