Deputatlarımız Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər
23 dekabr 2009 11:03 (UTC +04:00)

Deputatlarımız Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər

Demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Aydın Abbasov, Çingiz Əsədullayev və Əkrəm Abdullayev Özbəkistan Respublikası Ali Məclisinə keçiriləcək seçkiləri müşahidə etmək üçün dekabrın 24-dən 28-dək Özbəkistanda səfərdə olacaqlar.


Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, deputatlarımız ölkənin Daşkənd, Səmərqənd və Buxara şəhərlərindəki seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar