BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi qurulur
24 avqust 2010 15:38 (UTC +04:00)

BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi qurulur

Yaxın günlərdə Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Elmi Mərkəzi fəaliyyətə başlayacaq. Bu barədə Lent.az-a məlumat verən BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, erməni dilini bilən mütəxəssislər Ermənistan mediasında gedən xəbərləri izləyərək araşdırmalar aparacaq, analitik yazılar yazacaq.


BDU-dan verilən məlumata görə, daha əvvəl də rektor Abel Məhərrəmov universitetdə belə bir Elmi Mərkəzə ehtiyac olduğunu vurğulayıb və onun yaradılmasında və sistemli fəaliyyətində qərarlı olduqlarını da qeyd edib.


Bu işi görmək üçün erməni dilini bilən araşdırmaçıları Mərkəzin ətrafında toplamaq və ümumi bir konsepsiya hazırlayaraq həyata keçirmək nəzərdə tutulub.

Mərkəz ermənidilli mətbuatda, internet saytlarında və TV-lərdə (Ermənistan İctimai TV, “Şant TV”, “USArmenia TV”, Yerkir- Media TV ve b.) gedən yazıları sistemləşdirəcək, bunların əsasında analitik yazılar hazırlayacaq, araşdırmalar aparacaq. Ermənilik ideologiyasının əsil mahiyyətini , onun təxribatçı xarakterini sistemli şəkildə öyrənmək və ifşa etmək əsas məqsədlərdəndir. Mərkəzin ayrıca saytı yaradılacaq, elmi jurnalı nəşr ediləcək, bu mövzuda aparılan elmi tədqiqatlar, yazılan məqalələr müxtəlif dillərə tərcümə edilərək sayta yerləşdiriləcək və yayılacaq. BDU-nun Erməni Araşdırmaları Elmi Mərkəzinə araşdırmaçı-jurnalist Qafar Çaxmaqlı rəhbərlik edəcək.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817

Oxşar yazılar