Gəncədə beynəlxalq konfrans keçirilir
Gəncədə qadınların seçici fəallığının artırılması mövzusunda 2 günlük beynəlxalq konfrans öz işinə başlayıb. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, Amerika səfirliyinin dəstəyi ilə reallaşan konfransda əsas məqsəd qarşıdan gələn seçkilərə hazırlıq, bu seçkilərdə qadınların fəallığının artırılmasına nail olmaqdır. Tədbirdə Gəncə ilə yanaşı qərb bölgəsindən 20-dən çox qadın, həmçinin Amerika, Bolqarıstan və digər dövlətlərdən nümayəndələr iştirak edib.
Tədbirdə qeyd olunub ki, Azərbaycanda qadınların mühüm sahələrdə, ümumiyyətlə cəmiyyətdə fəallığı olduqca böyük önəm daşıyır. Qadınların seçkilərdə də həm namizəd, həm seçici kimi iştirakı əhəmiyyətlidir. Əgər 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində qalib gələnlərin yalnız 3,4 % qadın olubsa, 2009-cu ilin bələdiyyə seçkisində bu göstərici 6,1 % təşkil edib. Bütün bunlarla yanaşı bəzi problemlər də qalmaqdadır.
Aparılan araşdırmaların nəticələrinə görə, hələ də bəzi qadınlar seçkiylə bağlı tam məlumatlı deyil. Bu səbəbdən maarifləndirmə işlərinin geniş vüsət almasına ehtiyac var. Analoji tədbirlərin ölkənin digər regionlarında təşkilinin nəzərdə tutulduğunu da diqqətə çatdırılıb.
Vüsalə Cənnətova

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07