Sabiq senator “Konqres Azərbaycanla münasibətlərimizi çətinləşdirməkdə davam edir”
24 avqust 2010 11:29 (UTC +04:00)

Sabiq senator “Konqres Azərbaycanla münasibətlərimizi çətinləşdirməkdə davam edir”

Börns 1913-cü ildə Konstitusiyaya 17-ci Əlavənin qəbulundan sonra keçən dövr ərzində Montananı Senatda təmsil edən iki respublikaçı senatordan biridir. O, həm də Montana tarixində ən uzun ömürlü respublikaçı senatordur.


APA-nın Vaşinqton müxbirinin məlumatına görə, avqustun 23-də “The Examiner” qəzetində dərc olunmuş məqaləsində Börns keçmiş həmkarlarını düzgün qərar qəbul etməyə çağırıb.


O, Senatdakı keçmiş həmkarlarına öz vəzifələrini xatırlatmaq üçün müqəddəs Ramazan ayının yaxşı vaxt olduğunu bildirib.


Börns ABŞ siyasətində bir müddət əvvəl baş verən proseslərə, o cümlədən prezident Obamanın ötən il Misirdəki çıxışına nəzər salıb.


Sonra isə o Brayzanı nə üçün dəstəklədiyini izah edib.

“Avqustda tətilə getməzdən əvvəl Senatın Xarici Əlaqələr Komitəsi Obamanın namizədi Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiqlənməsi ilə bağlı səsverməni təxirə saldı. Görünür bu, senatorların Azərbaycanla bağlı bütün məsələlərə zidd getməyi qarşısına yeganə məqsəd qoyan xüsusi qruplara reaksiyasıdır”.


O bildirir ki, Azərbaycan ABŞ üçün çox vacib tərəfdaşdır. Müsəlman ölkə olan Azərbaycan 11 sentyabr terror aktlarından sonra ABŞ-ı dəstəkləyən ilk ölkələrdəndir və İraqa qoşun göndərib.


“Ağ Evin etirazlarına baxmayaraq, Konqres Azərbaycanla münasibətlərimizi çətinləşdirməkdə davam edir. Konqresdə uzağı görməyən, qərəzli ixtilaflar bizi geriyə dartır, Dövlət Departamenti və Azərbaycan isə gələcəyə baxır”.

Börns əmindir ki, Brayza ABŞ-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə yardım etmək üçün kifayət qədər təcrübəyə və qətiyyətə malikdir: “Əminəm ki, Senatın Xarici Əlaqələr Komitəsinin hər bir üzvü Brayzanın düzgün seçim olduğunu bilir”.


Sonda o yazır ki, “senatorlar gələcəkdən daha çox keçmişə nəzər salan xüsusi maraq qruplarının yedəyində getməməlidirlər. Fikir ayrılıqlarını bir tərəfə qoyub, Brayza kimi güclü liderlərlə birlikdə ümumi maraqlar naminə irəli addımlamalı və ABŞ-ın, Azərbaycanın və bütün Xəzər regionunun ümumi rifahına çalışmalıdırlar”.
# 724

Oxşar yazılar