Əli Həsənov: “İTV-də bütün namizədlərə şərait yaradılacaq”
24 avqust 2010 10:51 (UTC +04:00)

Əli Həsənov: “İTV-də bütün namizədlərə şərait yaradılacaq”

APA-nın xəbərinə görə, bunu ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə “Seçkilərin mediada əks etdirilməsi” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, seçkilərin işıqlandırılmasında Seçki Məcəlləsində göstərilən bütün imkanlardan istifadə olunacaq. Özəl mətbuatın seçkilərdə fəaliyyəti üçün heç bir məhdudiyyət qoyulmayacağını bildirən şöbə müdiri İTV-də bütün namizədlərə şərait yaradılacağını deyib: “Biz bu prosesin şəffaf keçirilməsini istəyirik. Təəssüflər olsun ki, seçki prosesi ilə seçkidən sonrakı vəziyyət fərqlidir. Seçki prosesində hamı prosesin normal olduğunu deyir. Nəticələr açıqlanandan sonra isə qalib gələ bilməyənlər deyir ki, saxtakarlıq, problem var”.

Ə. Həsənov KİV-i seçkilərdə aktiv olmağa çağırıb.
# 593

Oxşar yazılar