Naxçıvan Qazısından sərt bəyanat
Naxçıvan Muxtar Respublikasının Qazısı Mirqafar Seyidov mətbuatda muxtar respublikadakı dini durumla bağlı verilən xəbərlərə etiraz edib. Qazının Lent.az-a göndərdiyi bəyanatda bildirilib ki, bəzi media qurumları Naxçıvan Muxtar Respublikası haqqında həqiqətə uyğun olmayan, mənbəyi və mənşəyi “mötəbər mənbələr” adı altında gizlədilən, sifarişli, qərəzli yazılar dərc edir: “ ”Yeni Müsavat” qəzetinin gündəlik nəşrlərində və internet saytında bu məsələ ilə əlaqədar müxtəlif başlıqlar altında reallıqdan kənar, qondarma və şayiə xarakterli yazılar Naxçıvan Muxtar Respublikasının ictimaiyyətini narahat etməkdədir”.
Qazı qəzetin 19 avqust 2010-cu il tarixli sayında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ruhanilərin və dindarların fəaliyyətlərinə dair cəmiyyətdə çaşqınlıq yaradılmasına hesablanmış ifadələr səsləndirildiyini bildirib: “ Mübarək Ramazan ayında olduğumuz bu günlərdə qəzetdə belə yazının dərc olunması müsəlman qardaşlarımızın dini heysiyyatına toxunulması, ciddiyyətdən uzaq və istehza dolu olması muxtar respublikanın əhalisi tərəfindən hiddətlə qarşılanıb. Bu yazı Naxçıvan Muxtar Respublikasının dindarları arasında əsaslı narazılıq doğurub, bununla bağlı mənə çoxsaylı müraciətlər edilib. Naxçıvan Muxtar Respublikasına və onun inanclı insanlarına qarşı yanlış informasiyalı yazılar düşmənçilik xarakterli olub, şeytana xidmətdən başqa bir şey deyil”.

Oxşar yazılar

Azərbaycan AŞPA prezidentini qara siyahıya saldı
12 aprel 2025 , 12:03
Ordumuzun mövqeləri atəşə tutuldu
12 aprel 2025 , 09:58Ceyhun Bayramov Hakan Fidanla görüşdü
12 aprel 2025 , 01:41
Mətbuat Şurasında İlqar Əlfioğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirildi
11 aprel 2025 , 19:05
Azərbaycan və Suriya liderləri GÖRÜŞDÜ - YENİLƏNİB
11 aprel 2025 , 17:55
Bizə çörək satılmırdı - Xankəndi sakini
11 aprel 2025 , 16:16
Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər - ZƏRƏRÇƏKƏN
11 aprel 2025 , 15:43