PA şöbə müdiri: “Seçkidə qanun pozuntularına qarşı sərt mövqe nümayiş etdirəcəyik”
23 avqust 2010 11:02 (UTC +04:00)

PA şöbə müdiri: “Seçkidə qanun pozuntularına qarşı sərt mövqe nümayiş etdirəcəyik”

APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasında DSK sədrləri üçün ixtisaslaşdırılmış kursların başlaması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının ərazi-idarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib. Onun sözlərinə görə, 2009-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı bəzi pozuntular da olub və bunlar ölkə rəhbərliyi tərəfindən prinsipial olaraq qiymətləndirilib: “Bu pozuntuya yol verilən icra strukturları cəzalandırılıb, o cümlədən Naftalan rayonunun icra başçısı vəzifəsindən azad edilib, bir sıra nəticələr ləğv olunub. Növbəti parlament seçkisində bu mövqe daha da sərtləşəcək. Biz əldə olunan təcrübəni daha da təkmilləşdirməliyik”.




Z. Nağdəliev 2009-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı təxribatların olduğunu, əvvəlki müvafiq seçkidən fərqli olaraq bu dəfə həmin təxribatların hamısının qarşısının alındığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601

Oxşar yazılar