Pənah Hüseyn Koordinasiya Şurasında qaldı
İP KŞ üzvü Vidadi Mirkamalın APA-ya verdiyi məlumata görə, iclasda sentyabrın 19-da qurumun yığıncağında KŞ üzvləri Pənah Hüseyn, Zəfər Quliyev və Köçəri Nağıbəylinin istefa vermələri ilə bağlı açıqladıqları mövqe müzakirə olunub. Dörd saatdan artıq gedən müzakirələrdə kompromis əldə olunub və adıçəkilən şəxslər qurumda qalıb. KŞ-nın iclasında qurumdan istefa vermək istəyən şəxslərlə bağlı qərar verilib.
Qərarda bildirilib ki, “Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi. Ramil Səfərov məsələsi” adlı sənədlə bağlı Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar tərəfindən bu quruma etiraz müraciəti ünvanlanıb. Həmin etiraz müraciəti üzvləri İctimai Palatada təmsil edilən siyasi partiyalar tərəfindən də imzalanıb. Bundan sonra siyasi mühitdə və ictimai rəydə bu sənədə İctimai Palatanın da qoşulduğu şəklində məlumatlar yayılıb. Habelə, bəyanatın qəbul edilməsi ilə bağlı İP KŞ- nin üç üzvü etiraz ifadə edib və Koordinasiya Şurasının tərkibindən çıxmaq barədə niyyətlərini açıqlayıb.
Yaranmış vəziyyəti dəyərləndirərək İP Koordinasiya Şurası məsələni yenidən müzakirə edilməsini lazım bilib və aşağıdakı qərarları qəbul edib: “Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənəddə Ramil Səfərovla bağlı müddəaların qeyri – obyektiv olması və ikili standartlar xarakteri daşıması haqqında siyasi partiyaların mövqeyi ilə həmrəy olduğu ifadə edilsin. Avropa Parlamentinin müvafiq qətnaməsi ilə əlaqədar Azərbaycanın siyasi partiyalarının birgə müraciətini imzalamış İP üzvləri olan siyasi partiya liderlərinin bu addımını müxalifətin ümummilli məsələlərdə siyasi mənsubiyyətindən asılı olmayaraq bütün qüvvələrlə əməkdaşlığa hazır olmasının nümayişi kimi təqdir edilsin.
Diqqətə çatdırılsın ki, Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənədlə bağlı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların birgə müraciəti yalnız həmin sənədi imzalayan siyasi partiyaların mövqeyini ifadə edir. Siyasi partiyalar öz fəaliyyətlərini həyata keçirərkən tam müstəqildirlər. Siyasi partiya üzvlərinin həm də İP üzvü olması həmin partiyaların üzərinə hər hansı öhdəlik və vəzifələr qoymur. Eyni zamanda İP siyasi partiyaların hərəkətləri, imzaladığı sənədlər, o cümlədən Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənədlə əlaqədar Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların birgə müraciəti ilə bağlı deyil və hər hansı məsuliyyət daşımır.
Bildirilsin ki, Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənədlə bağlı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların birgə müraciətinin imzalanması iqtidar – müxalifət dialoqu kimi qiymətləndirilə bilməz. Xatırladılsın ki, İP-nın “Azərbaycanda demokratiyaya keçidin yol xəritəsi” sənədində iqtidarla – müxalifət dialoqu vasitəsi ilə demokratik islahatlara nail olmaq təklifi bir ildən çox vaxt keçməsinə baxmayaraq cavabsız qalıb və bu istiqamətdə iqtidar tərəfi hər hansı alternativ təşəbbüslə də çıxış etməyib”.
İclasda həmçinin ölkədəki ictimai-siyasi vəziyyət və həbsdə olan Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun işi ilə bağlı məsələ də müzakirə edilib.

694