Qapını açan olmadı, yatdığı yerdə  meyiti tapıldı - Ağdaşda ŞOK ÖLÜM
11 noyabr 2025 19:53 (UTC +04:00)

Qapını açan olmadı, yatdığı yerdə meyiti tapıldı - Ağdaşda ŞOK ÖLÜM

0

Ağdaşda evdən meyit tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini olan 59 yaşlı İslam Qurbanov yaşadığı evdə ölü halda tapılıb. Məlumata görə, İslam Qurbanov uzun müddətdir ki, həyətə çıxmayıb. Bundan şübhələnən qonşuları onun qapısını döysələr də, açan olmayıb. Belə olanda onlar polisə və təcili tibbi yardıma xəbər veriblər. Evə gələn polis əməkdaşları mənzilə daxil olaraq, yatdığı çarpayıda ev sahibinin meyiti ilə rastlaşıblar.

Qeyd olunur ki, mərhum uzun müddətdir astma xəstəliyindən əziyyət çəkirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar