“Çelsi”nin müdafiəçisi Aleks Disasi yanvar transfer pəncərəsi zamanı komandadan ayrılacaq.
Lent.az xəbər verir ki, 27 yaşlı fransız futbolçu 2025/26 mövsümündə əsas heyətdə oyun imkanı əldə etmir. O, cəmi 71 dəqiqə “gənclər komandası”nın “Reading” üzərində 4:1 hesablı qələbə qazandığı oyunda iştirak edib.
Disasinin “Çelsi” ilə müqaviləsi 30 iyun 2029-cu ilədək qüvvədədir.
Transfermarkt futbolçunun bazar dəyərini 18 milyon avro olaraq qiymətləndirir.