Belə mesajlara İNANMAYIN: Polisdən XƏBƏRDARLIQ
11 noyabr 2025 10:56 (UTC +04:00)

Belə mesajlara İNANMAYIN: Polisdən XƏBƏRDARLIQ

0

Son dövrlər sosial şəbəkələrdə, messencerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, “bonus”, “lotereya”, “mükafat qazandınız” kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.

Lent.az-ın məlumatına görə, DİN mətbuat xidməti vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir.

Bu cür məlumatların paylaşılması, kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər.

Şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, pul köçürülməsi”, “hesabınız dondurulub” və ya “kartınız bloklanıb” kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal 102 Zəng Mərkəzinə və banka məlumat verin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar