ABŞ Qəzzada hərbi baza  tikmək istəyir
12 noyabr 2025 01:25 (UTC +04:00)

ABŞ Qəzzada hərbi baza tikmək istəyir

0

ABŞ Silahlı Qüvvələri Qəzza zolağının yaxınlığında 10 min nəfərlik hərbi bazanın inşası imkanını araşdırır.

Lent.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri bir sıra şirkətlərə Qəzza zolağının yaxınlığında təxminən 930 kvadratmetrlik ofis sahəsinə malik, 10 min hərbçini 12 ay ərzində yerləşdirə biləcək müvəqqəti hərbi baza”nın tikintisinə dair smeta sorğusu göndərib.

ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisinin bildirdiyinə görə, bu sorğu beynəlxalq sabitlik qüvvələri üçün nəzərdə tutulmuş mümkün hərbi bazanın yaradılması istiqamətində ilkin planlaşdırma addımı hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar