Azərbaycan Türkiyəyə qayıdarkən Gürcüstanda qəzaya uğrayan təyyarədə aparılan ilkin müşahidələr onu deməyə əsas verir ki, təyyarənin korpusunda hər hansı kənar təsir izi yoxdur.
APA xatırladır ki, Azərbaycana məxsus Embrayer-190 təyyarəsi ötən il dekabrın 25-də qəzaya uğradıqdan sonra ilk baxış təyyarənin fyuzelyajında kənar təsir nəticəsində əmələ gəlmiş çoxsaylı deşiklərin olduğunu aydın göstərmişdi. Bu da təyyarənin vurulması versiyasının əsas kimi götürülməsinə səbəb olmuşdu.
"Buna görə də C-130-un korpusunda kənar təsir elementlərinin olmaması onun vurulma ehtimalını istisna edir. Hətta təyyarənin içərisində partlayıcı maddə və ya qurğunun olması və partlaması ehtimalını götürsək belə, qəzaya uğramış təyyarənin korpusunda mütləq şəkildə partlayışın izləri olmalıydı", - deyə APA-nın mənbəsi qeyd edib.
Qeyd edək ki, dünən Azərbaycandan Türkiyəyə qayıdan təyyarə Gürcüstanda qəzaya uğrayıb. Təyyarədə olan 20 nəfərin hamısının həyatını itirdiyi bildirilir.