Türkiyəli sosial medya istifadəçisi, jurnalist Furkan Bölükbaşı prezidentə sui-qəsd ittihamı ilə saxlanılıb.
Lent.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Anadolu Baş Prokurorluğu Bölükbaşının sosial şəbəkədə prezidentə qarşı yazdığı paylaşım barədə cinayət işi başladıb. Prokurorluğun açıqlamasında bildirilib ki, şübhəli Baş Prokurorluğun göstərişi ilə saxlanılıb və həqiqətin müəyyən edilməsi məqsədilə istintaq tədbirlərinin diqqətlə davam etdiyi qeyd olunub.
İlkin istintaq tədbirləri tamamlandıqdan sonra onun həbs tələbi irəli sürülüb və o, Sülh Cinayət Hakimliyinə çıxarılıb.
Hazırda istintaq davam edir.