Rüşvət alan  polis zabiti həbs olundu
11 noyabr 2025 17:43 (UTC +04:00)

Rüşvət alan polis zabiti həbs olundu

1

Rusiyanın Yekaterinburq şəhərinin Verx-İsetski Məhkəməsi regionun DİN Baş İdarəsinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçmiş əməliyyat müvəkkilinə hökm oxuyub.

Lent.az yerli mediaya istinadla bildirir ki, cəzasını ciddi rejimli həbsxanada çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın versiyasına görə, 2023-cü ilin oktyabrında podratçı şirkətin direktor müavini, Kosulinoda məktəb tikintisi üzrə aparılan inşaat ekspertizasındakı problemləri və ilin sonuna qədər müsbət nəticə almaq zərurətini polis əməkdaşına bildirib. Polis isə bu məsələdə kömək edəcəyini deyərək, bunun qarşılığında 200 milyon rubl tələb edib. O, daha sonra 30 milyon rublu nağd şəkildə ilk hissə kimi alıb.

Prokurorluğun məlumatına görə, məhkəmə təqsirləndiriləni günahkar sayaraq 7 il həbs və əlavə olaraq 5 il müddətinə dövlət qulluğunda və polis orqanlarında işləmək hüququndan məhrumetmə cəzası təyin edib.

Qeyd olunur ki, saxlanılan şəxs öz günahını etiraf etməyib.

Prokurorluq əlavə edib ki, rüşvəti verən tikinti şirkətinin rəhbərinə qarşı cinayət işinə onun peşman olması və istintaqa fəal kömək etməsi səbəbilə xitam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3408

Oxşar yazılar