Türkiyədə körpü uçdu, 3 nəfər öldü
11 noyabr 2025 15:15 (UTC +04:00)

Türkiyədə körpü uçdu, 3 nəfər öldü

0

Türkiyənin Diyarbəkir rayonunda körpünün çökməsi nəticəsində 3 nəfər həlak olub.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Muş–Kulp avtomobil yolu üzərində aparılan körpü tikintisi zamanı baş verib.

Hadisə nəticəsində 8 işçi dağıntılar altında qalıb, onlardan 3-ü həyatını itirib. Məlumata görə, 2 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada ölüb. Qalan 5 işçinin vəziyyəti ağırdır.

Hadisədən dərhal sonra əraziyə xilasedici qruplar cəlb olunub və axtarış-xilasetmə işlərinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar