İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu barəsindəki “korrupsiya” istintaqı tamamlanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan 3 min 900 səhifəlik ittiham aktında İmamoğlu ilə birlikdə 105-i həbsdə olmaqla ümumilikdə 402 nəfər şübhəli kimi yer alıb.
Prokurorluğun açıqlamasına görə, İmamoğluna 142 cinayət əməli ilə bağlı 828 ildən 2352 ilə qədər həbs cəzası tələb olunub.
Xatırladaq ki, 2025-ci ilin martında başlanan istintaq çərçivəsində İmamoğlu və onlarla şəxs həbs olunmuş, sonrakı 8 ay ərzində əlavə 9 əməliyyat keçirilmişdi. İttiham aktı İmamoğlunun həbsdə olduğu 232-ci gündə tamamlanıb.