"Google" Almaniyaya 5 milyard avro  investisiya yatırır
12 noyabr 2025 02:47 (UTC +04:00)

"Google" Almaniyaya 5 milyard avro investisiya yatırır

0

Amerikalı texnologiya nəhəngi Google növbəti dörd il ərzində Almaniyaya 5,5 milyard avro həcmində investisiya qoymağı planlaşdırır.

Lent.az xəbər verir ki, bu barədə Der Spiegel jurnalı şirkətin Almaniyadakı bölməsinin rəhbəri Filip Yustusun açıqlamasına istinadən məlumat yayıb.

Vəsaitlər əsasən Hessen federal əyalətinin Ditsenbax şəhərində yeni məlumat emalı mərkəzinin tikintisinə yönəldiləcək.

Bundan əlavə, Google Almaniyanın Berlin, Münhen və Frankfurtda fəaliyyətini genişləndirməyi planlaşdırır. Şirkətin məlumatına görə, bu, Google-un Almaniyada həyata keçirdiyi ən iri investisiya proqramıdır.

Plan çərçivəsində 2029-cu ilə qədər ölkə üzrə hər il təxminən 9 min yeni iş yeri yaradılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar