Rusiyanın istintaq orqanları Tobolsk polis şöbəsinin rəis müavini barəsində korrupsiya işi açıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, o, qanunsuz şəkildə təşkil olunmuş və həyata keçirilmiş qumar oyunlarına görə məsuliyyət daşımaqda ittiham olunur.
Söhbət Rusiya DİN-in Tobolsk şöbəsinin rəis müavini Diogin Lambrıyanovdan gedir. Onunla birlikdə cinayətkar qrupun rəhbəri də həbs edilib, iş üzrə üçüncü şəxs isə ev dustaqlığına alınıb.
İstintaqın versiyasına əsasən, 2025-ci il mayın 1-dən noyabrın 5-dək Tobolsk sakinləri şəhərdə iki qeyri-yaşayış obyektini icarəyə götürərək orada gizli kazino təşkil ediblər. Lambrıyanov isə bu qanunsuz biznesi himayə etməsi müqabilində rüşvət alıb.