Yasamal rayonu ərazisində gecə saatlarında bir nəfərə məxsus “Tufan” markalı motosiklet qaçırılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən üç yeniyetmə motosikleti idarə edərkən saxlanılıblar. Saxlanılan şəxslərin Abşeron rayonu ərazisində moped oğurladıqları da məlum olub.
Araşdırmalar davam etdirilir.