Türkiyə təyyarəsi Bakıdan paraddan qayıdan texniki heyəti  aparırmış
12 noyabr 2025 00:25 (UTC +04:00)

Türkiyə təyyarəsi Bakıdan paraddan qayıdan texniki heyəti aparırmış

0

Ötən gün Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsi Gəncə hava  limanına noyabrın 11-də eniş edib.

APA Agentliyi yazıb ki, təyyarə Gəncə hava limanında 2 saat gözləmədə olub.

" Təyyarənin ekipajı hava gəmisinin göyərtəsini və hava limanının ərazisini tərk etməyib. Təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub.  Onlar təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun, ən xırda detallarına kimi bütün prosedurlardan və yoxlamadan keçiblər. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb" agentliyin xəbərində bildirilib.
 
Qeyd edək ki,  dünən Azərbaycandan Türkiyəyə qayıdan təyyarə Gürcüstanda qəzaya uğrayıb. Təyyarədə olan 20 nəfərin hamısının həyatını itirdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar