Bioloq İrina Yezhel yerkökünün faydalı xüsusiyyətlərini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, tərəvəzin tərkibində maqnezium, fosfor və digər qiymətli maddələr var.
Onun sözlərinə görə, kökün tərkibindəki maqnezium, dəmir, fosfor, likopen, karotin var və bu mikroelementlər ürək-damar sistemi, beyin, həmçinin sümüklərin sağlamlığı üçün çox faydalıdır:
“Kökün ən vacib komponenti beta-karoten və antioksidantdır ki, bu da digər şeylərlə yanaşı, orqanizmi xərçəngin inkişafından qoruyur. Yerkökünü müntəzəm istehlak etməklə dərinin vəziyyətini yaxşılaşdıra, orqanizmin qocalmasını ləngidə, dişləri və sümükləri gücləndirə bilərsiniz”.