Sağlam şəkildə arıqlamaq üçün bir sıra qaydalara riayət etmək lazımdır. Arıqlamaq istəyənlər xüsusilə proteinli qidalaa üstünlük verməlidir. Bu cür qidaalrın istehlakı tez bir zamanda arıqlamağa və sağlam qalmağınıza kömək edəcək.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər səhər yeməyi üçün ideal üç yağsız proteini istehlak etməyi məsləhət görür.
1. Kəsmik
Kəsmik zülal mənbəyidir, sadəcə yarım stəkanda təxminən 13 qram protein var. Kalori baxımından nisbətən aşağıdır, hər porsiyada cəmi 80 kalori var. Zülaldan əlavə, kəsmik sümük sağlamlığını, immunitet funksiyasını və ümumi rifahı dəstəkləyən kalsium, fosfor, selen və vitamin B12 kimi vacib qidaları ehtiva edir.
2. Yumurta ağı
Yumurta ağı dadlı və sağlam səhər yeməyidir. Təmiz proteindir və tərkibində zərərli yağlar yoxdur.
3. Qatıq
Qatıq çoxyönlü və dadlı səhər yeməyidir. Zülal və probiyotik tərkibinə görə arıqlamaq istəyənlər üçün ideal seçimdir. Qatıq bağırsaq sağlamlığı üçün vacib qidadır. Çünki tərkibində həzmə kömək edən və bağırsaq florasını tarazlayan milyonlarla faydalı bakteriya var.