Amerikalı alimlər virus kimi yayılan yeni xərçəng növü aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu xərçəng hətta su vasitəsilə yayıla bilər.
Aparılan araşdırmalara görə, burada ötürülmə mikroskopik bakteriyalar kimi suyun tərkibində olan şiş hüceyrələri tərəfindən həyata keçirilir. Su içərkən və ya su ilə təmasda olarkən bu şiş hüceyrələri insan bədəninə daxil olur və orada çoxalmağa başlayır. Bu xəstəlik dişləmə və ya cinsi əlaqə yolu ilə də yayılır.