Həkimlər bir dilim limonla necə sakitləşmək lazım olduğunu açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu üsul stresdən qaçmağa kömək edəcək.
Bu gün bir çox insan gündəlik stress və narahatlıqdan əziyyət çəkir. Həddindən artıq tərləmə, əllərdə uyuşma, ürək döyüntüsü, titrəmə, ümidsizlik hissi və ölüm qorxusu ola bilər. Limon dadı və ətri səbəbiylə narahatlığı aradan qaldırmaq üçün faydalı ola bilər. Dad və qoxu qavrayışı əsəb gərginliyini aradan qaldırmağa kömək edə bilər.