Saçları hansı aralıqlarda yumaq olar?
04 sentyabr 2023 15:13 (UTC +04:00)

Saçları hansı aralıqlarda yumaq olar?

0

Mütəxəssislər saçı nə qədər tez-tez yuya biləcəyimizi açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, düzgün saç baxımı da ümumi sağlamlığa fayda verəcək.

Əgər idmanla məşğul olursunuzsa, fiziki məşq edirsinizsə yaxud tez-tez tərləyirsinizsə, tər duzu məsamələri və saç köklərini bağlaya bilər. Bu vəziyyətdə gündəlik yuyulma və ya durulama tələb olunur.

Ancaq bütün saç növləri gündəlik yuyulmağı dəstəkləmir. Məsələn, buruq saçları hər gün yusanız quru və kövrək ola bilər. Boyanmış və kimyəvi üsulla qıvrılmış saçlar zədələnməyə daha çox meyllidir, ona görə də həftədə iki-üç dəfə saçınızı yumalısınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 11440

Oxşar yazılar