Qızıla bərabər tərəvəz -  Turpun faydaları
05 yanvar 2023 19:53 (UTC +04:00)

Qızıla bərabər tərəvəz - Turpun faydaları

Turp qədim zamanlardan bəri qiymətli tərəvəz olub. Hələ qədim yunanlar onu qızıl qablarda təqdim edir və çəkisinə bərabər xalis qızılla ödəyirdilər. Turp təkcə qida dəyərinə deyil, həm də müalicəvi xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu tərəvəz insan orqanizmi üçün lazım olan bir çox elementi ehtiva edir.

Turp soğan və sarımsaq kimi iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Tərkibində təbii antibiotiklər var. O, soyuqdəymə üçün əla vasitədir.

Xüsusilə yoluxucu xəstəliklər vaxtı faydası böyükdür. Onlarla mübarizə aparmağa kömək edir. Turp qanda pis xolesterinin miqdarını azaldır, həzmi yaxşılaşdırır.

Turpu qış üçün saxlamaq istəyənlər üçün zirzəmi yaxşı variantdır. Zirzəmi yoxdursa, şüşəli eyvanda da saxlamaq mümkündür.

Orqanizmin vitamin çatışmazlığı, zəiflədiyi və soyuqdəyməyə meyilli olduğu qış fəslində turpdan xüsusilə istifadə etmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4233
avatar

Sevinc Fərid

Oxşar yazılar