Zəncəfilin orqanizm üçün bir çox faydası var. Zəncəfil antibakterial təsiri ilə soyuqdəymə və qripdən qoruyur. Dietoloq Gamze Kalelioğlu zəncəfilin insane sağlamlığına faydalarını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, gündəlik 1 qram zəncəfil istihlak etmək ürək bulanması və qusmağın qarşısını ala bilər.
Onun sözlərinə görə, zəncəfil istehlakı həmçinin başgicəllənməyə qarşı da təsirlidir:
“Həm ədviyyat, həm də dərman bitkisi olaraq istifadə edilə bilən zəncəfil bütün dünyada çox məşhurdur. Çiy və ya bişmiş halda istehlak edilə bilən zəncəfil təzə, qurudulmuş və toz halında da mövcuddur. Araşdırmalara görə, zəncəfildən istifadə edilməsinin hamiləlik dövründə körpəyə mənfi təsir göstərmir və erkən dövrlərdə yaşanan ürəkbulanma və qusmanı azaldır”.