Qadınlar əsasən iş günlərində uşaq dünyaya gətirirlər – TƏDQİQAT 
17 fevral 2024 03:01 (UTC +04:00)

Qadınlar əsasən iş günlərində uşaq dünyaya gətirirlər – TƏDQİQAT 

Yaponiyada qadınların həftə sonları və bayram günlərində uşaq dünyaya gətirmə ehtimalı daha azdır. Doğuşların çoxu, xüsusən də problemli doğuşlar iş günlərində baş verir.

Lent.az xəbər verir ki, bu barədə araşdırma PLUS One jurnalında dərc olunub.

Alimlər Yaponiyada 1979-2018-ci illərdə 21 milyondan çox doğuşu təhlil ediblər. Məlum olub ki, iş günlərində daha çox uşaq doğulub. Bu tendensiya xüsusilə ağırlaşma riski yüksək olan doğuşlarda, yəni doğum zamanı çəkisi 2500 qramdan az olan körpələrdə və vaxtından əvvəl doğuşlarda özünü göstərib. Belə uşaqlar əsasən cümə axşamı və cümə günləri doğulublar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4659
avatar

Oxşar yazılar