Payızda sizin də dəriniz quruyur?
17 oktyabr 2023 15:57 (UTC +04:00)

Payızda sizin də dəriniz quruyur?

Payız aylarında havaların soyuq olması səbəbindən dəriniz çox tez nəm itirir. Susuz qalan dəri xarici amillərə qarşı həssas olur. Dəri çox tez qırışır və incə xəttlər aydın görünür. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu səbəbdən xüsusilə soyuq havalarda dərini qorumaq və bərpaedici qulluq üsullarını tətbiq etmək lazımdır.

Çoxlu nəmləndirici tətbiq edin

Havaların soyuq keçməsi ilə dəriniz daha çox quruyur. Quru dəri narahat hiss edir, qıcıqlanma və səpgilər meydana gəlir. Həmçinin dəri daha tez qırışır. Nəmləndirici istifadə edərək dərinizi xarici amillərə qarşı gücləndirə bilərsiniz. Bu səbəbdən dərinizi hər gün təmizlədikdən sonra bol nəmləndirici tətbiq edin. Dərinizə uyğun nəmləndirici seçməyi unutmayın.

Göz ətrafına qulluq

Göz ətrafı üzünüzün ən həssas bölgəsidir. Xarici amillərə qarşı daha zəif olan göz ətrafına əlavə qulluq göstərilmədikdə qırışlar və incə xəttlər əmələ gəlir. Bu səbəblə xüsusilə qış aylarında göz baxımı laqeyd edilməməlidir. Göz ətrafına qulluq üçün uyğun məhsullardan müntəzəm istifadə edin. Hər gün kifayət qədər su için və yuxu rejiminə diqqət yetirin. Bu yolla daha parlaq göz bölgəsinə sahib ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2886
avatar

Arzu Qurbanlı

Oxşar yazılar