Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu vitamin qəbulu ilə bağlıdır.
Maraqlıdır, görəsən, payız aylarında hansı vitaminlərin qəbulu məqsədəuyğundur?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova Lent.az-a bildirib ki, ən önəmlisi həkim məsləhəti ilə orqanizmlərin virusa qarşı immunitetini formalaşdıran, zamanda mərkəzi sinir sistemini də dəstəkləyən vitamin D qəbulu məsləhət görülür.
Onun sözlərinə görə, soyuq aylarda immunitetitimizin güclənməsində mühüm rol oynayan C vitamini, immun hüceyrələrimizi yad cisimlərdən qorumaq gücünə malikdir:
"B qrup vitaminləri isə maddələr mübadiləsində aktiv iştirak etmək gücündə olmaqla yanaşı, ürək-damar sistemini və qan dövranını yaxşılaşdırır".